ONLİNE TEST BANKIYeni

Biliyinizi sınayın əziz şagirdlər!

HƏNDƏSİ FİQURLAR

RİYAZİ OYUNLARYeni

(Flaş formatında)

 

Adminlə əlaqə:

D.Duniyev

d.duniyev@rambler.ru

 

 

 

AÇIQ DƏRS

10-cu sinif. Cəbr və analizin başlanğıcı

Mövzu:  Ədəd anlayışının genişləndirilməsi.Kompleks ədədlər və onlar üzərində əməllər.

Məqsəd:
1.Həqiqi ədədlərin genişləndirilməsi.
2.Sagidlərdə kompleks ədəd anlayışını formalaşdırmaq.
3.Kompleks  ədələr üzərində cəbri əməlləri öyrətmək.

Dərsin gedişi.

1. Sagirdlərlə “Salam dostlar!” deyib salamlaşıram. (Bununla sagirdlərə anladiram ki,mən onlara səxsiyyət kimi baxıram.Həm də şagirdlərdə  yüksək əhvali –ruhiyyə yaratmiş oluram.)

2. Kompüterin yaddaşından Azərbaycan Respublikasının Dövlət himni səslənir.

3. Şagirdləri 4 qrupa  bölürəm.(Bu işi belə həyata  kecirirəm: Şagidlərə üzərində   NATURAL  ƏDƏD,TAM ƏDƏD ,  RASİONAL  ƏDƏD,  HƏQİQİ  ƏDƏD   ifadələrindən biri yazılmış  “xüsusi” kartoçkalar paylayıram. Beləliklə, N ATURAL  ƏDƏD kartoçkası olan sagidlər 1-ci qrup, TAM ƏDƏD kartoçkası olan sagidlər 2-ci qrup, RASİONAL  ƏDƏD kartoçkası olan sagidlər 3-cü qrup,  HƏQİQİ  ƏDƏD   kartoçkası olan sagidlər 4-cü qrup təşkil edirlər.) Hər bir qrupun şagirdləri qrup liderini  seçirlər.

4. Seçilmiş liderlərin köməkliyi ilə ev tapşırıqlarını yoxlayıram.

5. Dərsin motivasiyasını  yaradıram:

1) İbtidai siniflərdə oxuyarkən bu tənliklərdən hansılarını həll edə bilirdiniz? Və nə üçün?

Cavab: Yalnız a)variantını. Cünki, natural ədəddən savayı ədəd tanımırdıq.

2) 5-ci sinifdə oxuyarkən bu tənliklərdən hansılarını həll edə bilmirdiniz? Və nə üçün?

Cavab:a) və b) variantlarindan savayı variantları. Cünki 5-ci sinifdə oxuyarkən biz natural və kəsr ədədləri tanıyırdıq.

4) 7-ci sinifdə oxuyarkən bu tənliklərdən hansılarını həll edə bilmirdiniz? Və nə üçün?

Cavab: a) , b) və  c) variantlarindan savayı variantları.Cünki 7-ci sinifdə oxuyarkən biz natural və rasional  ədədləri tanıyırdıq.

5)Hal- hazirda  bu tənliklərdən hansılarını həll edə bilmirsiniz?

Cavablar qrup üzvləri  tərəfindən təqdim olnur. Bu zaman digər qrupun nümayəndələri təqdim olunmuş cavablara münasibətlərini bildirirlər.

Cavablar müzakirə edildikdən sonra nəticəni umumiləşdiririk. Səbəb odur ki, biz aşağı siniflərdə natural ədədlərdən savayı başqa ədəd tanımırdıq. Yuxarı siniflərdə biz  natural ədədlər coxluğunu genişləndirib tam rasional və həqiqi ədədləri öyrəndik.

tənliyini bu coxluqlardan ən genişi olan həqiqi ədədlər coxluğunda həll  edə bilmirik. Deməli, biz həqiqi ədədlər coxluğunu genişləndirib yeni ədədlər coxluğu yaratmalıyıq.
Bunu  necə etmək olar?

6.Problemin həlli:
Müxtəlif  fikirlər dinlənilir.

Beləliklə, 

qəbul edib i-yə xəyali ədəd deyək. “Xəyal” sözü latınca  “imic” deməkdir.Ona görə də bu xəyali ədəd i ilə işarə edilir.
Növbəti sual:

tənliyini həll etməyi qruplra tapşırıram.  a,  b  həqiqi ədədlərdir.

Cavab:  Yuxarıdakı tənliyin həlli    x=a+bi   vəx=  a-bi yeni aldığımız bu  ədədlər göründüyü kimi iki hissədən ibarətdir.
a+bi və a-bi    ədədinə nə ad verək?

Bu zaman qruplara aşağıdakı köməkci  suallarla müraciət edirəm:
1.Son zamanlar Ulu öndərimiz   Heydər Əliyev Fondu hesabına hansı tikililər həyata kecirilir?
Cavab: Xəstəxanalar, məktəb binaları,idman  kompleksləri və  sair.
2.Bu tikililərdən hansıları idmanla bağlıdır?
Cavab: İdman  kompleksləri.
3.Niyə bu tikililər  İdman  kompleksləri adlanır?
Cavab: Cünki burada idmanın bütün növləri  ilə məşğul olmaq imkanları vardır.
Şagirdlər təklif  edirlər ki,   a+bi   şəklində olan ədədlər  həm xəyali, həm də həqiqi ədədləri daxilində saxladığı ücün onları kompleks ədəd, onların yaratdığı  coxluğu isə kompleks ədədlər  coxluğu adlandıraq.
4.Bu ədədlər üzərində cəbri əməlləri necə həyata kecirək?
Bu suala cavab tapmaq ücün aşağıdakı  yönəldici suallardan istifadə edirəm.

3+4i;   5+6i; 2-7i  və  sairə  ifadələri necə adlanır?
Cabablar dinlənilir bə müzakirə edildikdən sonra , verilmiş ifadələrin  coxhədli coxhədli olmasını  qəbul edirik.Deməli kompleks  ədədlər üzərində cəbri əməlləri tətbiq etmək ücün coxhədli qaydasından istifadə etməliyik. Aşağıda gördüyünüz  toplama ,çıxma, vurma və bölmə qaydaları kompüterin yaddaşından ekrana  verilir.
Yəni,

1.toplama  (a+bi)+(c+di)=a+bi+c+di=a+c+bi+di=(a+c)+(b+d)i

2.çıxma  (a+bi)-(c+di)=a+bi-c-di=a-c+bi-di=(a-c)+(b-d)i

Tətbiq etmə: Kompüterin yaddaşında saxladığım “kompleks ədədlər üzərində əməllər” materialını ekranda əks etdirməklə qruplara müstəqil iş verir, sonra bu işlərin nəticələrini araşdırib qavrama səviyyələrinə uyğun ev tapşırıqları hazırlayıram. Bunun ücün   kompüterdəki “ yaxşı, orta ,zəif” materiallardan istifadə edirəm.

7.Şagirdlərin yorğunluğunu aradan qaldırmaq və onların məntiqi təfəkkürünü inkiışaf etdirmək ücün  “uyğun”(yəni qismən yeni dərslə bağlı) materialları ekranda əks etdirirəm.

1.Azərbaycanin  işğal altında olan rayonu

2.Ədəd

3.Ücbucaqda  tərəf                                                                                                           

4.Həndəsi cevirmə.                                                                                   

Yuxarıdakı  krassvorddan istifadə etməklə  sagirdlərə işğal altında olan torpaqlarimız, bu torpaqların erməni qəsbkarlarından  azad edilməsi üçün möhtərəm prezidentimiz İlham Əliyev cənablarınin  yorulmadan çalışması  haqqında qısa söhbət aparır və şagirdləri vətənpərvər olmağa səsləyirəm.

Xanalardakı  ədədlər müəyyən bir qaydaya görə  yazılmışdır.Buna görə “?” işarəsinin  yerində hansı ədəd olmalıdır?

    A)24   B) 46  C) 120  D) 48
A) 24  B) 46 C) 18 D) 48

7. Şagirdlərin biliyinin qiymətləndirilməsi:

Bunun ücün  dərsin əvvəlindən başlayaraq bütün mərhələlərdə aşağıdakı cədvəl ekranda görünür və şagirdlərin iştirakı ilə  qruplara verilən qiymət cədvələ yazilir. Dərsin sonunda qalib qrup elan olunur  və dərsdə
ən fəal üzvlər “Dərsın fəal şagirdi” kimi mükafatlandirilir.

QRUPLAR

EV

TAPŞIRİQLARININ

YOXLANMASI

PROBLEMİN

HƏLLİ

YENİ

BİLİKLƏRİN

TƏTBİQİ

MƏNTİQ

ÇALIŞ.

İŞTİRAK

YEKUN

NATURAL

ƏDƏD

         

TAM

ƏDƏD

         

RASİONAL

ƏDƏD

         

HƏQİQİ

ƏDƏD

 

         

 


ip address